AzEuroNews.com ► “Au-pair” proqramına qoşulmaq xarici dil öyrənmək istəyənlər, başqa bir ölkə ilə tanış olmaq istəyənlər və xaricdə ev sahibliyi edən ölkənin tam dəstəyi ilə yaşamaq istəyənlər üçün ideal bir qərardır. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, belə imtiyazları əldə etmək üçün əsas şərt yaşadığın evdə ev işlərinə yüngül kömək etməkdən ibarətdir. Ancaq qaldığınız müddətdə yalnız dil öyrənməklə deyil, həm də yaşayış yerini dəyişdirmək üçün ilk addımı ata bilərsiniz.


Bu proqram 1969-cu ildən fəaliyyət göstərir və Pan-Avropa razılaşması kimi qəbul olunur. Razılaşmanın tam mətnini Avropa Şurasının veb səhifəsində tapa bilərsiniz. Razılaşmanın Avropa Şurasında qəbul olunmasına baxmayaraq, hər bir Avropa dövləti bu proqramın həyata keçirilməsi qaydalarında bəzi dəzişikliklər edə bilər.

►  Bəs bu proqramla Almaniyaya necə gəlmək və yeni bir həyata başlamaq olar?

“Au-pair” proqramının mahiyyəti belədir: proqram üzrə köç edən “ev təsərrüfatında köməkçi” statusu alır. O, həmin evdə olduğu müddətdə ölkənin dövlət dilini öyrənir, mədəniyyət, həyat tərzi ilə tanış olur. Onun ayrı bir otaqda yaşamasına və ev sahibinin hesabına yeməklə təmin olunmasına təminat verilir.

►  “Au-pair” nədir?

 Əslində, bu bir işəgötürmə və ya işədüzəlmə olmadığı kimi, təhsil proqramı da deyil. Bu daha çox mübadilədir. Qonaq gələn şəxs ev təsərrüfatına yardım edir və bunun əvəzində biliklərə yiyələnir.

Proqramda iştirak üçün nə tələb olunur?

İmmiqrasiya haqqında federal qanunu (26-12-7 Ausländerrecht’deki istihdam bölümü), proqramı istifadə etmək istəyənlər üçün xüsusi tələblər müəyyən edilib. Proqramda iştirak yaşı 17-dən az və 27-dən çox olmamaqla müəyyən edilib. Həmçinin bu proqramla Almaniyaya səyahət etmək istəyən şəxs alman dili ilə bağlı əsas baza biliklərə malik olmalıdır. Bu ən aşağı halda A-1 sertifikatı olmalıdır. Proqrama qoşulmaq istyənlər altı aydan az olmayan bir müddət üçün müqavilə imzalanmalıdır.

Proqramda iştirak etmək istəyən nə etməlidir? 


Köç edənin vəzifələrinə aşağıdakı yüngül ev işləri daxildir: mənzillərin təmizlənməsi, paltarların yuyulması və ütülənməsi, səhər yeməyi və digər sadə yeməklərin hazırlanması. Bundan başqa uşaqlara baxmaq, onlarla gəzmək və ya gəzdirmək, onları əyləndirmək, oynamaq və sair. Ailəyə aid ev heyvanları ilə bağlı öhdəliyi icra etmək, onların qayğısına qalmaq. İş vaxtları gündə altı saatı və həftədə isə 30 saatı keçməli deyil. Müqavilə bir illik bağlanmalıdır. Ödəniş 4 həftə müddətdə verilir. Hər həftənin bir günü məcburi istirahət günüdür. Həmin gün bazar günü olmaya da bilər. Təsəsrrüfat köməkçisi olan hər kəsə alman dilinin inkişafı üçün alman dili kursu üçün ödəniş edilir. Bu ödəniş ayda 50 avrodan az ola bilməz. Yaşamaq və yemək ailənin hesabına həyata keçirilir. Əlavə olaraq ayda 260 avrodan az olmamaq şərti ilə ödəniş edilir.

►  Proqramın faydalılığı 

Proqramda iştirakdan sonra xeyli imkanlar və perspektivlər açılır. Birincisi, gündəlik ünsiyyət dil öyrənmək imkanlarını genişləndirir. Yeni iş yeri tapmaq imkanı əldə edirsiniz ki, bunun da əsasında müvəqqəti yaşamaq hüququ ala biləcəksiniz. Bu eyni zamanda alman cəmiyyətinə inteqrasiya üçün əla imkandır. Bu müddətdə siz təhsil almaq üçün müraciət edə bilər və başqa sahələrdə “Ausbildunq” tapa bilərsiniz. Bundan başqa siz ailənin xoşuna gəldiyiniz halda ailə sizi ailə üzvlüywnə qəbul edə bilər və siz həmin ailədə daimi yaşamaq hüququ əldə edə bilərsiniz.

  Risklər nələrdir?

Təsadüfən pis ailəyə düşə bilərsiniz. Bu çox nadir hallarda mümükündür. Belə ailələrə nadir hallarda rast gəlinir. Lakin bilməlisiniz ki, belə ailələrdən şikayət etmək və ya müqaviləni pozaraq vətənə qayıtmaq imkanınız var.

  Proqram üzrə viza almaq üçün nə lazımdır?

“Au-pair” proqramına qatılmaq üçün tələb olunan sənədləri toplaya bilsəniz, viza almaq çətin olmayacaq. 
Səfirlik, adətən aşağıdakı sənədlər toplusunu tələb edir: 
• Ümumvətəndaş pasportu və surətı ( etibarlılıq müddəti iki ildən az olmalı deyil ); 
• Viza müraciətləri üçün iki tam doldurulmuş ərizə forması (Şengen vizası almaq üçün deyil, xüsusi forma); 
• Sənədlərin verildiyi gündən ən geci 6 ay öncə çəkilmiş, ölçüsü 3, 5 x 4,5 santimetr olan şəkillər; 
• Azərbaycan və alman dilində tərcümeyi-hal; 
• Alman və ingilis dillərində “Au-pair” müqaviləsi; 
• Alman ev sahibinin ailəsi adından təsdiq məktubu; 
• Ölkəyə dəvət edən Alman vətəndaşının pasportunun surəti;
• Alman dilinin (ALTE sertifikatı) biliklərini təsdiq edən sənədin iki nüsxəsi.
Bu siyahıya əlavə olaraq səfirlikdə bəzi digər sənədlər tələb oluna bilər.

Uşaqlarla iş təcrübəsi olanlara, pedaqoji təhsili olanlara, bağçalarda və ibtidai təhsil məktəblərində işləyənlərə üstünlük verilir. Odur ki, belə məlumatları mütləq göstərin.

  Qəbul edən ölkəni və ailəni necə tapmaq olar?

Ev təsərrüfatında yardıma ehtiyacı olan bir ailəni Almaniyada tapmaq üçün xidmət idarələrinə və bu sahədə ixtisaslaşdırılmış işədüzəltmə firmalarına müraciət olunmalıdır (Bəzən ailələrin özləri də bununla bağlı elanlar verirlər). Bu linkdən də istifadə edə bilərsiniz https://www.multikultur.info/“Au-pair”-v-germanii.html.

Müqavilə haqqında

“Au-pair” proqramı çərçivəsində hazırlanan müqavilədə mütləq: 

• qayğı göstərilməli olan uşaqların sayı və yaşı (ən azı bir uşaq); 

• müqavilənin müddəti ən azı altı ay və ən çox 12 aydır; 

• tərəflərin hüquq və vəzifələri; 

• səhiyyə sığortası üçün qəbul edən tərəfin öhdəlikləri; 

• cib xərclərinin məcburi ödənilməsi və iş günü, vaxt cədvəli göstərilməlidir.