AzEuroNews.com  ► Almaniyadan Türkiyənin Nevşehir şəhər məhkəməsinə göndərilən məktub  qorxu dolu anların yaşanmasına səbəb olub. AzEuroNews.com xəbər verir ki,  göndərilən məktubu açan məhkəmə işçiləri sarı rəngli toz şəklində şübhəli bir maddə görüblər. Onlar dərhal polisə məlumat veriblər. 

Əraziyə gələn polis və təcili yardım stansiyasının əməkdaşları 15 işçiyə xüsusi geyim geyindirərək binadan evakuasiya ediblər.

İçində sarı toz tərkibli maddə olan zərf isə, yoxlanılması üçün xüsusi laboratoriyaya göndərilib.