ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında növbəti görüş keçiriləcək.

“Ölkə.Az” xəbər verir ki, Ağ Evdən görüşün vaxtı ilə bağlı açıqlama verilib. Açıqlamaya əsasən, tərəflərin görüşü həftənin cümə günü, Osakada keçirilən “G20” sammiti çərçivəsində, Yaponiya vaxtı ilə 14:00-a planlaşdırılıb.

Tramp bir müddət əvvəl Putinlə yaxşı söhbətə ümid etdiyini bildirmişdi. Tərəflərin görüşündə strateji stabillik, regional münaqişələr, Suriya, Əfqanıstan, Ukrayna, Venesuela və İraq məsələləri müzakirə ediləcək.

Bundan əlavə, şənbə günü ABŞ prezidentinin Çin Xalq Respublikasının başçısı Si Tzinpinlə görüşü də nəzərdə tutulub.