AzEuroNews.com  ►  Fransada “Yaşamaq icazəsi kartı” ilə bağlı önəmli təklif edilib. AzEuroNews.com  xəbər verir ki,  Fransada iqtidardakı Cumhuriyyətçi Yürüşü Hərəkatı Partiyasıdan olan deputatlar bu təkliflə parlamentdə çıxış ediblər. Təklifdə nəzərdə tutulub ki, Fransada yaşamaq icazəsi alan hər bir əcnəbi “Yaşamaq icazəsi kartı” alarkən ilk dəfə üçün 100 avro, kartın hər il yenilənməsi üçün isə, 269 avro ödəməlidir.

Təklifə bəzi deputatlar qarşı çıxıblar. Onlar bildiriblər ki, Fransa vətəndaşları kimi ölkədə yaşayan əcnəbilərə “Yaşamaq icazəsi kartı”pulsuz, xarici ölkələrə səfər üçün olan pasport isə, 89 avro dövlət rüsumu müqabilində verilməlidir. 

Bu qanun layihəsi üzrə müzakirələrin növbəti gündə Fransa parlamentində davam etməsi gözlənilir.