AzEuroNews.com  ►  “Son vaxtlar “Härtefallkommission” – yəni “Çətinliklər üzrə komissiya” adlanan təşkilatın fəaliyyəti ilə maraqlananların sayı xeyli artıb”. Bunu Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a bildiriblər. 

Mərkəz “Çətinliklər üzrə komissiya”nın faəliyyəti ilə bağlı maraqlı bir yazı yazırlayıb. Yazını olduğu kimi təqdim edirik:

Şimali Reyn Vestfaliya (NRW) federal ərazisində 1995-ci ildə Dazili İşlər Nazirliyi “Çətinliklər üzrə komissiya”nın (Härtefallkommission) yaradılması haqqında qərar qəbul edib. Həmin komissiya 1996-cı ildə fəaliyyətə başlayıb. Qüvvədə olan qanunların verdiyi imkanlara görə komissiya immiqrasiya üzrə səlahiyyətli hakimiyyət orqanlarına tövsiyyələr vermək, ölkədən çıxarılmalı olan əcnəbi haqqında əsaslar olduğu halda qərarın dayandırılması ilə bağlı müraciətlər etmək kimi səlahiyyətlərə də malikdir. Eyni zamanda müraciətlər miqrantların məlumatlandırılması, təhsil alan və peşə öyrənən şəxslərə təhsilin başa çatdırılması, ölkəsində normal tibbi yardım ala bilməyən şəxslərin müalicələrinin başa çatdırılması, inteqrasiya olunmuş ailələrə güzəştlərin edilməsi, ailənin parçalanmasının qarşısının alınması kimi əsaslara görə ola bilər. 
2005-ci ilə kimi komissiyanın fəaliyyətində bəzi problemlər olub. Çünki həmin vaxta kimi komissiyanın fəaliyyəti qanunda əks olunmamışdı. Lakin 2005-ci ildə “Yaşayış yeri haqqında” qanunun “23 a” paraqrafında dəyişiklik edildi. Komissiyanın fəaliyyəti haqqında qanuna əlavələr edildi və komissiyanın müxtəlif dövlət orqanlarına müraciəti üçün hüquqi baza yaradıldı. 
Komissiya hazırda təkcə tövsiyyələr vermir, həm də yaranmış çətinliklərin aradan qaldırılması üçün müvafiq orqanlara sorğular göndərməklə cavablar alır və müraciəti daha dəqiq araşdırılmasına nail olur.

  Müraciət qaydası

Komissiya öz maraqları çərçivəsində və ya təşəbbüsü əsasında fəaliyyət göstərmir. Komissiya yalnız şəxsin birbaşa və ya vəkilinin müraciəti əsasında onun düşdüyü çətin vəziyyətlə maraqlanır və ya sorğular göndərir. Əsaslandırılmış hallarda komissiya şəxsin ailə üzvlərinin və ya qanuni nümayəndələrinin müraciəti əsasında daxil olan sorğulara da baxır. Komissiya digər dövlət orqanlarında və məhkəmədə barəsində araşdırma başa çatan şəxslərin işini icraata qəbul edir.

►  Komissiyanın səlahiyyəti

Komissiya daxil olan müraciəti ilk olaraq əsaslı şəkildə öyrənir. Əgər komissiya hesab etsə ki, müraciət edən şəxsə münasibətdə yaşayış yeri üzrə qanunun “23 a” paraqrafının tələblərində pozuntu olmuşdur, bu halda müvafiq immiqrasiya orqanına müraciət göndərir. Müvafiq dövlət orqanının cavabı komissiyanı qane etmədikdə o, bu barədə Daxili İşlər Nazirliyini də məlumatlandıra bilər. Komissiya şəxsin (şəxslərin və ya ailənin) Almaniyada qalmasını məqsədə müvafiq hesab etdikdə müvafiq dövlət orqanına müraciət göndərir və şəxsin Almaniyada qalmasını tövsiyyə edir.

Komissiyanın tərkibi

“Çətinliklər üzrə komissiya” qərarların qəbul edilməsində müstəqildir. Komissiyanın tərkibi həkimlərdən, kilsələrin təmsilçilərindən, xeyriyyə fondlarının işçilərindən, qaçqınlar üzdə ictimai təşkilatlarının təmsilçilərindən, əcnəbilərlə iş idarəsinin və yerli hökumətin təmsilçilərindən ibarət tərkibdə formalaşır və fəaliyyət göstərir. Göründüyü kimi bu halda da qərarların qəbul olunması dövlət orqanları ilə QHT-lərin dialoqundan keçir.

►  Əlaqə saxlamaq qaydası haqqında

Əgər siz komissiyaya müraciət etmək istəyirsinizsə bunu birbaşa nazirlik vasitəsi ilə də edə bilərsiniz. Həftə içi hər gün [email protected] Emailinə yaza və ya 0211837 1001 telefon nömrəsinə zəng ede bilərsiniz. Sozünüzü, təkliflərinizi , tövsiyyələrinizi və şikayətlərinizi bir başa nazirliyə və komissiyaya göndərə bilərsiniz. 
Məktub göndərmək istəsəniz bu ünvana müraciət edin: 
Ministerium für Kinder, Familie, Flüchtlinge und Integration des Landes Nordrhein-Westfalen
40190 Düsseldorf

Xüsusi qeyd: Eyni komissiyalar digər federal ərazilərdə də mövcuddur.