Müasir günümüzdə mobil telefonlar ən çox istifadə edilən əşyadır.

“Ölkə.Az” xəbər verir ki, ABŞ və Keniya alimləri bu yaxınlarda mobil telefonlarla bağlı yeni təcrübə aparıblar. Onlar  səthindəki bakteriyalara görə telefonları və nəğd pulları müqayisə ediblər.

Keniya universitetinin alimi Riçard Korir bəyan edib ki, bəzi hallarda telefon daha ziyanlıdır. Çünki bəzi insanlar onu çirkli əşya saymırlar və istifadə etdikdən sonra əllərini yumurlar. Bəzi alimlər isə telefonları tualetlərin oturacaqları ilə də müqayisə ediblər. 

Təmizləyici vasitə satan şirkətlərdən biri reklam çarxında göstərir ki, mobil telefonlar tualetlərdən 18 dəfə daha çox çirklidirlər. “İnsurance 2 go” şirkəti tərəfindən aparılan tədqiqat isə göstərib ki, telefonların ekranı tualet oturacaqlarından 10 dəfə çox çirkli olur.