Şəkər, qəndə bağlılıq  narkotik asılılığa bərabərdir. Mütəxəssislər sübut edib ki, müvəqqəti olaraq, minimum 1 ay şəkərdən-ağ, şirin tozdan imtina etdikdə, bədəndə, orqanizmdə möcüzə dəyişikliklər baş verir.
AzEuroNews.com medicina.az-a istinadən şəkərdən imtinanın faydalarını təqdim edir.
1. Güc, enerji artacaq
Şokolad, konfet, tort, şirniyyatı və şəkəri bir kənara qoysanız, cəmi 1 həftə sonra yeməkdən daha tez və çox müddətə doyduğunuzun, enerjili və güclü olduğunuzun, yorulmadığınızın şahidi olacaqsız.
2.Beyin yaxşı işləyir, əhval yüksəlir
Neyrobioloqlar hesab edir ki, ilk günlər şəkərdən imtina edəndə beyində siqaret, narkotika, içkiyə alışan nöqtələr eynilə onlar çatışmadıqda verdiyi reaksiya kimi əks reaksiya verəcək və sizi məcbur edəcək ki, daha çox dozada şəkər qəbul edəsiz. Əgər 3 gün dözsəniz, həmin nöqtələr sönəcək və görəcəksiz ki, şirniyyat tərəfə heç baxmaq istəmirsiz. İlk 1 həftədə əsəbilik, qıcıqlanma, əhvalsızlıq üstün gələcək, hətta ağlamaq istəyəcəksiz. Amma sonra yüngülləşmə, rahatlıq, əhvalın yaxşılaşması, sanki beyninizin daha təmiz olmasını görəcəksiz.
3.Rahat və dərin yuxu
Şəkər stres hormonu olan kortizolu sintez edir. Burdan da yuxusuzluq və yuxudan doymamaq baş verir. Şəkərdən imtina 15 gün sonra sağlam yuxunu bərpa edəcək. Burdan da sizin həyatınız dəyişəcək.
4.Dəriniz təmizlənəcək, gözəlləşəcək
Şəkər dəridə alne, civzə, quruluq və şişkinlik yaradır. Şəkərdən imtina etdikdə dəridə iltihab azalacaq, 15 günə dəriniz daha təmiz, hamar, parlaq, canlı olacaq.
5.İncə bədən
1 ayın tamamında artıq piy və kiloqramlar azalacaq, bel, omba, qarın, qollar incələcək. Əgər şəkəri minimuma endirsəniz, bədən formanız daim incə və qamətli qalacaq.