Türkiyəli müğənni və aktyor Özcan Dəniz arvadından rəsmən boşanıb.

Axşam.az-ın məlumatına görə, sənətçinin keçmiş həyat yoldaşı Feyza Aktana ödəyəcəyi təzminatın miqdarı açıqlanıb.

Özcan Feyzaya 10 min lirə (təxminən 3 min manat) ödəyəcək. Yeni doğulan oğlu Kuzey üçün isə sənətçi 2500 lirə (Təxminən 750 manat) verəcək. Ümumilikdə Feyza hər ay keçmiş ərindən 12,500 lirə təzminat alacaq.

Qeyd edək ki, cütlük ötən ilin martında nikah masasına oturmuşdu. Aprelin 30-da onların oğlu doğulub. Onlar evləndikdən 15 ay sonra boşanıblar.