AzEuroNews.com  ► Almaniyada fəaliyyət göstərən “Meydan TV” internet televiziyasının əməkdaşı, jurnalist Orxan Məmməd Elbrus zirvəsinə dırmanıb. AzEuroNews.com xəbər verir ki, o, “facebook“da 5642 metr hündürlükdə yerləşən  zirvədən foto paylaşaraq “Avropanın ən hündür zirvəsi Elbrusdan salamlar” yazıb.

Məlumat üçün bildirək ki, Elbrus Böyük Qafqaz sıra dağlarının şimalında yerləşir və Rusiyanın ən yüksək dağ zirvəsi hesab olunur. Bəzən onu Avropanın da yüksək dağ zirvəsi adlandırırlar.