Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycanın qadın güləşçisi Mariya Stadnik qızıl medal qazanıb.

Trend-in məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə ukraynalı Oksana Livaçla qarşılaşıb.

M.Stadnik mübarizəni 7:1 hesablı qələbə ilə başa vurub.

Qeyd edək ki, Mariya Stadnik mübarizəyə 1/4 finaldan başlayıb və ilk görüşdə cəmi 52 saniyəyə polşalı rəqibinə qalib gələrək yarımfinala yüksəlib. Yığmamızın lideri Türkiyə güləşçisinə də şans verməyərək finala adlayıb.