Almaniya və Niderland tarixdə ilk hərbi internetin yaradılması məqsədi ilə səylərini birləşdirmək qərarına gəliblər. Bu barədə “ZDNet” məlumat verir.

Bildirilir ki, müvafiq saziş Almaniya və Niderlandın müdafiə nazirləri Ursula fon der Lyayen və Ank Beyleveld arasında Brüseldə NATO ölkələri nazirlərinin iclasında imzalanıb.

“Tactical Edge Networking” (TEN) adı alan yeni birləşmiş şəbəkə gələcəkdə bütün NATO ölkələrinin hərbi şəbəkələrini özündə birləşdirəcək.

TEN-in qərargahı Almaniyanın Koblents şəhərində yerləşəcək, texnoloji dizaynla isə Amersfortdan (Niderland) olan mütəxəssislər məşğul olacaqlar. Şəbəkənin inkişaf etdirilməsi bir neçə milyon avro məbləğində dəyərləndirilir.