NASA-nın “TESS” peyki dünyadan 35 milyon işıq ili uzaqda bu günə qədər müşahidə edilən ən kiçik planeti kəşf edib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə “The Astronomical Journal” jurnalında məqalə yayımlanıb. Məqaləyə əsasən, “L 98-59B” adlandırılan yeni planet “TESS” tərəfindən kəşf edilən ən kiçik planetdir.

Məqalədə bildirilir ki, “L 98-59B” kəşf edilən üç yeni planetdən biridir. Qeyd edilir ki, planet dünyamızdan 35 milyon işıq ili uzaqda yerləşən “L 98-59” ulduz sisteminin yanında yerləşdiyi üçün belə adlandırılıb.

Günəş sistemindən kənarda kəşf edilən ən kiçik planet isə hələ də “Kepler” teleskopu vasitəsilə kəşf edilən “Kepler-37-b” planetidir.