Sabah Günəş tutulması (tam tutulma) hadisəsi baş verəcək.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının İctimai əlaqələr şöbəsinin rəhbəri Orxan Salehli “Report”a bildirib ki, Günəşin tam tutulması iyulun 2-3-nə təsadüf edəcək. 

Bu təbiət hadisəsi iyulun 2-si yerli vaxtla saat 20:55-də başlayacaq və iyulun 3-ü saat 01:50-də başa çatacaq.

Günəş tutulması Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək. Təbiət hadisəsini Azərbaycanda müşahidə etmək mümkün olmayacaq.  

Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.

Qeyd edək ki, ilk Günəş tutulması bu ilin yanvarın 6-da qeydə alınıb.