Cavid Qurbanov

Ötən gün icra baçısı Aqil Məmmədov “Azərbaycan Dəmir Yolları”nda görünüb

AzEuroNews.com ► “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisinin deputatı Cavid Qurbanovla Kəlbəcərin icra başçısı arasında mübahisə yaranıb. AzEuroNews.com xəbər verir ki, buna səbəb bir müddət əvvəl icra başçısı Aqil Məmmədovun özünə “Mercedes-Benz” “S350” model xidməti avtomobil alması ilə bağlı tender elanı verməsi və mətbuatın bundan yazması olub. 

Ötən gün icra baçısı Aqil Məmmədov “Azərbaycan Dəmir Yolları”nda görünüb. O, qurumun sədri və Kəlbəcərin deputatı Cavid Qurbanovla görüşüb. AzEuroNews.com-un əldə etdiyi məlumata deyilir ki, Cavid Qurbanov əmisi oğlu Aqil Məmmədovu qapıda soyuq qarışlayıb. Daha sonra A.Məmmədovla birlikdə şəxsi kabinetinə girən C.Qurbanovun səsi yüksəkdən gəlib. 

Aqil Məmmədov
Aqil Məmmədov

A.Məmmədovu danlayan C.Qurbanov ondan dərhal tenderlə bağlı elanların dayandırılmasını və mətbuata normal açıqlama verməsini tələb edib. 

Müavin üçün 55 minlik xidməti maşın? 

Aqil Məmmədov Cavid Qurbanovla görüşdən sonra  Unikal.org-a açıqlamasında bildirib ki, dövlət tərəfindən icra hakimiyyətinə 55 min manat xidməti avtomobilin alınması üçün pul ayrılıb: “2 ildir ki, müavinimin xidməti avtomobili yoxdur. Dövlət bücəsindən xidməti avtomobilin alınması üçün 55 min manat pul ayrıldı. Təklif etdim ki, sözügedən məbləğə 2010-cu ilin buraxılışı olan “Mercedes Benz S 350” avtomobili alınsın. İcra hakimiyyəti bunun üçün tender komissiyasına müraciət etdi və tender elan olundu”. 

“Mercedes Benz S 350” (2010)

Aqil Məmmədov  vurğulayıb ki, artıq sözügedən xidməti avtomobil dəyəri büdcələrinə uyğun olmadığı üçün təxirə salınıb: “Tenderdə hələlik sözügedən avtomobillər təklif olunmayıb. Olunan avtomobillərində qiyməti çox bahadır. Ona görə, “Mercedes Benz S 350” avtomobilin alınmasını təxirə saldıq”. 

AzEuroNews.comicra başçısının açıqlaması ilə bağlı bəzi məlumatları öyrənib. Belə ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin avtomobil parkı üçün 2 yeni avtomobilin alınması üçün dövlət büdcəsindən 55 min manat ayrılıb.