Avropa İttifaqı Şurasının sədrliyi Rumıniyadan Finlandiyaya keçib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Finlandiya bu ilin dekabrın 31-nə kimi Avropa İttifaqı Şurasına sədrlik edəcək. 

Məlumata görə, Finlandiyanın gündəmində olan əsas məsələlərdən biri iqlim dəyişikliyidir. Finlandiya zərərli qazların emissiyasının azaldılmasına yönələn layihələrə 500 000 avro ayırmaq niyyətindədir.