İspaniyanın Barselona klubu futbolçusu Samuel Yumtiti ilə yollarını ayırmaq niyyətindədir. Report xəbər verir ki, bu barədə “Diario Sport” nəşri mənbəyə istinadən məlumat yayıb.

Belə ki, “Barselona” rəhbərliyinin fransız futbolçunun dizindəki zədənin müalicəsində cərrahi müdaxilədən imtina etmə qərarı xoşuna gəlməyib.

Mənbənin məlumatına görə, kataloniya klubu tərəfindən futbolçunun qiyməti 50 milyon avro məbləğində dəyərləndirilib. Samuel Yumtiti 2016-cı ildə Fransa “Lion”undan “Barselona”ya 25 milyon avroya transfer olunub.

Qeyd edək ki, “Yuventus” və “Mançester Siti” müdafiəçini almaq üçün maraq göstərirlər.