AzEuroNews.com  ►  Almaniya Federal Ədalət Məhkəməsi “Facebook”u 2 milyon avro məbləğində cərimələyib. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniyanın ədliyyə naziri Christine Lambrecht açıqlama verib. Onun sözlərinə görə, “Facebook” “Filtr tətbiq etmək” haqqında olan qanunu kobud şəkildə pozub. 

Nazir vurğulayıb ki, “Facebook” şikayət idilməsinə baxmayaraq kin, nifrət, irqçilik, təhqir, terrora çağırış kimi postları silməyib. Üstəlik “Facebook” bu mövzuda olan foto və video paylaşımları filtirdən keçirməyərək açıq yayımlayıb. 

C.Lambrecht qeyd edib ki, “Facebook” qərardan etiraz edərək məhkəməyə müraciət etmək haqqına sahibdir.