AzEuroNews.com  Almaniyada bir istirahət mərkəzində yerli almanlarla suriyalılar arasında gərginlik yaşanıb. AzEuroNews.com xəbər verir ki, hadisə Almaniyanın Düsseldorf şəhərindəki bir istirahət mərkəzinin hovuzunda qeydə alınıb. 

Belə ki, kütləvi halda hovuza girib çimmək istəyən suriyalılara orada istirahət edən yerli almanlar irad bildiriblər. 

Çıxardıqları səs-küy və etdikləri anormal hərəkətlərlə ətrafdakıların istirahətinə mane olan suriyalılar daha sonra sözləşərək bir yerdə hovuza giriblər. 

O an hovuzda üzən almanlarla suriyalılar arasında mübahisə yaranıb. 

Əraziyə polis çağırılıb. Artan gərginlik səbəbində istirahət kompleksi müvəqqəti olaraq bağlanıb.