AzEuroNews.com ► Rusiyanın “Sputnik” və “Russia Today” media orqanlarına rəhbərlik edən erməni əsilli jurnalist Marqarita Simonyan alman kəşfiyyatını ələ salan bir açıqlama ilə çıxış edib. AzEuroNews.com xəbər verir ki, Almaniya Federal Konsitutsiya Qoruma (Bundesamt für Verfassungsschutz (BfV) təşkilatı hazırladığı bir hesabatda dünyanın müxtəlif ölkələrində, eyni zamanda Almaniyada fəaliyyət göstərən “Sputnik” və “Russia Today” media orqanlarının Rusiya hakimiyyəti ilə əlaqələri, Putin hakimiyyyətinin propaqandası ilə məşğul olduğunda dair olduqca vacib sənədləri yayımlayıb. 

Hesabatda deyilir ki, Rusiya hakimiyyəti “Sputnik” və “Russia Today” media orqalarına ayırdığı maliyyəni iki qat artırıb. 

Marqarita Simonyan

Foto © wikipedia.

Məsələ ilə bağlı açıqlama verən “Sputnik” və “Russia Today” media orqanlarının baş redaktoru, erməni əsilli jurnalist Marqarita Simonyan alman kəşfiyyatının bu hesabatını gülüc qəbul edib. O, federal idarənin hesabatını ələ salaraq deyib ki, məlumatlar 15 ildir hər kəs tərəfində bilinir: “Hesabatı oxuduq və alman kəşfiyyatına internet kimi bir şeyin olduğunu xatırlatmaq istəyirik. İnternetdə saytımız, o saytımızda da, bizim kim olduğumuz, nəyə görə fəaliyyət göstərdiyimiz və dövlət tərəfindən maliyyə yardımı aldığımız açıq-aşkar yazılır. Və bu məlumatları 15 ildir ki, hamı bilir”.

Frank Überall
Frank Überall

Məlumat üçün bildirək ki, bu ilin əvvəlində Almaniya Jurnalistlər Dərnəyinin başqanı (DJV) Frank Überall federal dövlətin media səlahiyyətlilərindən “Russia Today” (RT) telekanalının Almaniyada yayımlanan “RT Deutsch” saytının lisenziyasının ləğv edilməsini tələb edib.

Dərnək başqanı bildirib ki, “Russia Today” (RT) bu gün doğru informasiyanı çatdırmaqdan çox Kremlin propaqandası ilə məşğuldur: “Siyasətləri isə dezinformasiya yaymaqdır. RT keçmişdə də dəfələrlə özündən olmamış hekayə və olaylar uydurub. Hadisələri təhrif edərək, jurnalist etikasına zidd təktərəfli yayıma üstünlük veriblər”.

DJV başqanı vurğulayıb ki, propaqanda ilə məşğul olan bir media quruluşuna Almaniyada lisenziya verilməməlidir.