AzEuroNews.com ► Almaniya Avropa Birliyi (AB) ölkələri arasında ən aşağı işsizlik səviyyəsi olan liderlər qrupuna aiddir (- 3.1%). Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, AB-də isə işsizlərin sayı orta hesabla 7,5% təşkil edir.

Avropa Statistika İdarəsinin (Eurostat) məlumatına görə, bu, 2008-ci ildən bəri AB ölkələrindəki ən aşağı göstəricidir.

Avropa Birliyinə üzv olan ölkələr arasında, Çex Respublikası məşğulluq baxımından 2, 2 %-lə liderlik edir. Avropa ölkələri arasında – Hollandiya üçüncü sıradadır. Bu ölkədə vətəndaşların yalnız 3.3% -nin daimi işiləməsi görünmür.

Avstriya, Danimarka, Lüksemburq, Polşa və İsveçdəki işsizlərin səviyyəsi demək olar ki, dəyişməyib.

İşsizlik səviyyəsinin ən yüksək olduğu AB ölkəsi Yunanıstanda bu rəqəm  18,1%, İspaniyada isə 13,6% təşkil edir.

“Eurostat” hesab edir ki, 12,3 milyon AB sakininin daimi iş yeri yoxdur. 

Xatırladaq ki, Avropa İttifaqının Statistika Təşkilatı olan “Eurostat”  Avropa ölkələrində mütəmadi olaraq işsizlik səviyyəsinə dair araşdırmalar aparır.