“Facebook” və “Instagram” sosial şəbəkələri xidmətlərinin bərpa olunduğunu bildirib.

“Facebook” özünün Twitter səhifəsində istifadəçilərdən üzr istəyib:

“Bir qədər əvvəl insanlar və şirkətlər bizim tətbiqlərdə foto, video və digər faylların yüklənməsində çətinliklərlə üzləşiblər. Biz hamı üçün 100% qayıtmalıydıq. Narahatçılığa görə üzr istəyirik”.

“Instagram” da problemlərin həll olunduğunu bildirib. Lakin, Twitter-də bunu bildirən postun altında istifadəçilər heşteqlərin hələ də işləmədiyindən şikayət ediblər.