İspaniyanın Qranada Universiteti və Madrid Universitetləri süd və süd məhsullarının xroniki xəstəliklərin orqanizmdə inkişafına təsirini araşdırıblar.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma südün əzələ kütləsi və sümüyə təsir göstərdiyini sübut edib.

Süd xərçəngin və 2-ci dərəcəli diabetin inkişafının qarşısını alır. Süd qəbulu hamilə qadınlarda uşağın çəkisinə birbaşa təsir göstərən amildir.