Dünyanın bir sıra ölkələrində Amerikanın “Google” axtarış sisteminin işində problemlər müşahidə olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə internet resursların işini izləyən məşhur “Downdetector” xidmətinin səhifəsində bildirilib.

“Google işində nasazlıqlar ABŞ-ın Şərq sahili vaxtı üzrə saat 20:21-dən müşahidə olunur”, – deyə xidmətin xəbərində qeyd edilib.

Nasazlıqlardan ən çox şikayətlər ABŞ istifadəçilərindən daxil olub. Həmçinin Yaponiya, Latın Amerikası (Peru, Braziliya, Meksika) və Avropa (Belçika, İspaniya) ölkələrinin internet istifadəçiləri “Google”nin işindən narazılıqediblər.