İnsan orqanizmi üçün yuxu çox vacibdir.

Yuxu orqanizmin gücünü və beyinin tam fəaliyyətini bərpa etməsinə kömək edir. “Ölkə.Az” xarici KİV-ə istinadən bildirir ki, tez-tez meydana gələn stress gecə istirahətində problemlərə səbəb ola bilər. Bu zaman yuxusuzluq, tez-tez yuxudan oyanma baş verib. Bu isə sağlamlığa ziyan vurur.

Bu problemlərdən qaçmaq üçün süd, banan və darçın qarışığından ibarət məhlul içmək lazımdır. Mütəxəssislər bildirir ki, bu məhlul təbii və tərkibində vitaminlər çox olduğu üçün həm təhlükəsizdir, həm də faydalıdır.

Məlumdur ki, süd məhsulları mədənin və mikloflorasının fəaliyyətini yaxşılaşdıran bakteriyalarla zəngindir. Buna görə də yuxudan əvvəl süd içmək məsləhətdir. Bananın tərkibindəki melatonin isə boy hormonları ilə zəngindir. İstirahət və gümrahlığı təmin edir. Dietoloqlar bildirilər ki, bütün inqredientləri blenderdən keçirərək içmək lazımdır.