Foto © Fərahim İLQAROĞLU / AzEuroNews.com

AzEuroNews.com / Bonn ► Alman “Deutsche Telekom” şikəti 5G texnologiyasına keçdiyini elan edib. AzEuroNews.com xəbər verir ki, şirkət bu texnologiyanı hələlik paytaxt Berlində və Bonnda istifadəyə verib. Yaxın aylarda daha 20 şəhərdə 5G texnoogiyasının tətbiqi nəzərdə tutulub. 

Köhnə mobil telefonların 5G-ni dəstəkləmədiyini nəzərə alan “Deutsche Telekom” öz müştərilərinə xüsusi tarif paketi ilə “Samsung S10” markalı telefonları 900 avrodan başlayan qiymətlərlə təklif edib.