Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

AzEuroNews.com   Bu ilin iyun ayında 9691 əcnəbi Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) məlumat yayıb. Məlumatda deyilir ki, bu rəqəm müraciətlərin sayında keçən ilin eyni ayı ilə müqayisədə 26,9 %, bu ilin may ayı ilə müqayisədə isə, 24,8 % azalma deməkdir. 

Keçən ay yenə ən çox Suriya vətəndaşları Almaniyaya gələrək sığınacaq istəyiblər. Belə ki, iyunda 2216 suriyalı sığınacaq ərizəsi ilə BAMF-a müraciət edib. 

İkinci yerdə 868 nəfərlə İraq, üçüncü yerdə isə, 751 nəfərlə Türkiyə vətədandaşları qərarlaşıb. 

BAMF-ın məlumatında deyilir ki, iyun ayında baxılan işlərlə bağlı 3555 nəfərə qaçqın statusu verilib. 

3526 nəfərin sığınacaq ərizəsi rədd edilərək barəsində deportasiya qərarı çıxarılıb.