AzEuroNews.com  Fransada bir restoranın anbarından ümumi dəyəri 600 min avro olan 150 butulka şərab oğurlanıb. AzEuroNews.com xəbər verir ki, hadisə Fransanın paytaxtı Parisdə qeydə alınıb. Belə ki, Parisin məşhur “Maison Rostang” restoranının anbarına tünel qazan şəxslər gecə ilə oradan ‘Petrus’, ‘Romanee Conti’ kimi məşhur şərabları oğurlayıblar.

Oğurluq hadisəsindən səhər xəbər tutan restoran rəhbərliyi dərhal polisə məlumat verib. 

Hazırda Paris polisi şəhərdə şərab oğrularını axtarır.