Amazon şirkətinin təsisçisi və baş direktoru Cef Bezos həyat yoldaşı Makkenzi ilə rəsmən boşanıb.

Report RİA Novosti yə istinadən xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb

Qeyd olunub ki, rəsmi boşanma qərarı Vaşinqton ştatının Kinq dairəsində hakim tərəfindən qəbul edilib.

Agentlik bildirib ki, qərardan sonra Bezosun həyat yoldaşına Amazon şirkətinin 19,7 milyon dollar (4 faiz) həcmində səhminin verilmə proseduruna başlanılır.