İran Cəbəllütariq sahillərində İngiltərə tərəfindən saxlanılan və ələ keçirilən neft tankerlərinin sərbəst buraxılmasını tələb edib.

 “Ölkə.Az” xəbər verir ki, İranın açıqlamasına əsasən, əks halda ingilis neft tankerlərinə qarşı eyni addım atılacaq. Bu açıqlamanı İran İslam İnqilabı Keşikçiləri Korpusu səsləndirib.

General Muhsin Rezai tankerlərin sərbəst buraxılmayacağı təqdirdə İranın ingilis neft tankerlərini ələ keçirəcəyini bildirib. General qeyd edib ki, bu məsələ artıq İranın əsas vəzifəsi olacaq.

Qeyd edək ki, dünən İspaniyanın cənubundakı Cəbəllütariq muxtar vilayətinin hökuməti Suriyaya xam neft aparıldığından şübhələndiyi bir tankeri saxıayıb. Hazırda gəmi heyəti dindirilir.