Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı şəhər əhalisinə bazar qiymətindən daha ucuz qurbanlıq heyvanların satışını təklif edir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, qurbanlıq heyvanların satışı 4 ünvanda həyata keçiriləcək:

Xətai rayonu, “Nargilə” kafesinin yanı;

Qaradağ rayonu “Meyvəli Ticarət Mərkəzi”nin yanı;

Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, “Keşlə” bazarının yaxınlığında;

Yasamal rayonu, Şərifzadə küçəsində.

M.Hacıyev deyib ki, bayramla əlaqədar eyni zamanda ənənəvi olaraq 5 ünvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir.

“Qurban bayramı ilə əlaqədar daha çox məhsul, daha çeşid müştərilərə təklif olunur”.