Sahil Babayev
Sahil Babayev

Bu gün Bakı-Ələt-Astara magistral yolunun Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 


Demokrat.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, ilkin olaraq qəzaya səbəb kimi Heybət İmanovun idarə etdiyi “Toyota Land Cruiser 200” markalı avtomobilin təkərinin deşilərək, yoldan çıxması olub. 


Hadisə zamanı avtomobildə sürücü Heybət İmanovdan başqa 3 nəfər yaxın qohumu olub. Heybət İmanovun qaynı Cavid Tahirli isə qəza nəticəsində dünyasının dəyişib. 


Heybət İmanov, Cavid Tahirlinin həyat yoldaşı Kəmalə Tahirova və onun 1 yaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda onlar xəstəxanaya yerləşdiriliblər.   


Qeyd edək ki, qəzanı törədən sürücü Heybət İmanov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışır. 


Qəzaya düşmüş avtomobilin fotolarını təqdim edirik: