AzEuroNews.com  ►  Almaniyada ali təhsil müəssələrini bitirən məzunların 94,3% -i işlə təmin olunur. Bu Avropanın ən kiçik ölkələrindən birini – Malta və Almaniyanın qonşusu olan Hollandiyadan sonra Avropa üçüncüsü olmaq deməkdir. Bu barədə AzEuroNews.com-a “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub.

 Məzunların məşğulluğu barədə bu məlumat Avrostatın hazırladığı hesabatda əks olunub. Unversitet məzunlarının iş tapmaq göstəricisi Avropa İttifaqında orta hesabla 85.5% təşkil edir.

Almaniyada olduğu kimi demək olar ki, eyni göstərici Lüksemburqda qeyd olunub. İsveç, Çexiya, Macarıstan, Latviya, Litva, Belçika Avstriyadakı ali təhsil diplomlarını əldə edən məzunların isə ən azı 90%- i iş tapa bilir.

Ən aşağı göstərici İtaliya və Yunanıstandadır. İtaliyada məzunların 62,8%-i, Yunanıstanda isə 59% -i iş tapa bilir.