Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  ► Avropada yaşayan bir qrup soydaşımızın təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Almaniyanın Bonn şəhərində yerləşən nümayəndəliyi qarşısında Qarabağ aksiyası keçiriləcək. Bu barədə AzEuroNews.com-a İsveçdə yaşayan həmvətənimiz Kənan Hacıəkbəroğlu məlumat verib.

Onun sözlərinə görə, etiraz aksiyası  yerli hakimiyyət orqanları ilə razılaşdırılıb: “Aksiya Ağdamın işğalının növbəti ildönümü ilə bağlı iyulun 20-də, yerli vaxtla saat 13.00 -dan 15.00-dək keçiriləcək. Aksiyanın təşkilatçıları əsasən Avropada yaşayan ağdamlılardı. Onlar bütün soydaşlarımızı, Qarabağsevərləri aksiyada fəal iştiraka dəvət edir”.

Məlumat üçün qeyd edək ki, aksiya “Platz der Vereinten Nationen 1, 53113 Bonn” ünvanında keçiriləcək.