İlham Kərimov

AzEuroNews.com  26 il əvvəl Almaniyaya işləmək adı ilə gələn Kərimov İlham İslam oğlu ailəsi tərəfindən axtarılır. AzEuroNews.com-a müraciət edən itkin düşmüş şəxsin bibisi qızı Ülviyyə Əhmədovanın sözlərinə görə, İ.Kərimov 93-cü ildə Almaniyaya gedib, Vuppertal şəhərində yaşayıb.

“Dayım oğlu 1972-ci ildə Mingəçevirdə anadan olub. 93-cü ildə işləmək üçün Almaniyaya getdi. 94-cü ilə qədər xəbərləşmişik. Orda Vuppertal şəhərində yaşayırdı. Yanından gələn adamlardan təkcə bir şəkil göndərib. Daha sonra nə zəng vurub, nə də məktub yazıb. Artıq 25 ildir ki, ondan xəbərimiz yoxdur. Azərbaycandan gedəndə subay idi, indi bilmirik ailəlidir, ya yox”– deyə Ülviyyə Əhmədova bildirib.


İlham Kərimov

Onun sözlərinə görə, Almaniya Qırmızı Xaç Cəmiyyətinə məktub yazsalar da, İ.Kərimovun yaşadığı ünvanı bilmədiklərindən sözügedən cəmiyyət onlara kömək edə bilməyib.

Ülviyyə Əhmədova sayıtmız vasitəsi ilə dayısı oğlu İlham Kərimovu görən və tanıyanlardan +994 50 599 05 00 və +994 55 614 44 43 nömrələrinə zəng və ya Whatsapp vasitəsi ilə məlumat vermələrini xahiş edir.