AzEuroNews.com  ►Almaniyada sığınacaq istəyi rədd edilən 19 yaşlı bir əcnəbi şəhərdə qarşısına çıxan avtomobillərin şüşələrini sındırıb. AzEuroNews.com xəbər verir ki, hadisə Almaniyanın Auqsburq şəhərində qeydə alınıb.

Belə ki, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinə (BAMF) sığınacaq tələbi ilə müraciət edən əcnəbi bir müddət sonra federal idarədən istəyinin qəbul edilmədiyi barədə məktub alıb. Bundan qəzəblənən əcnəbi ətrafadakı avtomobillərin üzərinə çıxaraq onların şüşələrini sındırıb.

Ətrafda yaşayanlar polisə məlumat veriblər. Saxlanılan şəxsin avtomobillərə ümumilikdə 50 min avrodan çox ziyan vurduğu müəyyən edilib.