Kubilay Bozkurt

AzEuroNews.com  ►Almaniyada yaşayan türkiyəli Kubilay Bozkurt haqsız yerə həbsdə olan insanlar xüsusilə, jurnalistlər üçün yürüşə başlayıb. AzEuroNews.com xəbər verir ki, ötən gün Almaniyanın Münhen şəhərində başlayan yürüş Türkiyənin İstanbul şəhərində, “Qalata qalası”nda sonlanacaq. 

8 ölkəni keçməklə təxminən 2350 kilometr qət etməyi nəzərdə tutan K.Bozkurt 70 gündə hədəfə çatmağı planlaşdırır.

Məlumat üçün bildirək ki, K.Bozkurt 2017-ci ildə də, Münhendən İstanbula piyada səfər edib.