“Boeing 737 MAX” təyyarələrində uçuşlarının bərpası 2020-ci ildən daha tez mümkün olmayacaq.

Trend-in WSJ-yə istinadən verdiyi məlumata görə, şirkət bu tarixdən əvvəl nasazlıqları aradan qaldıra bilməyəcək.

Əlavə olaraq, ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) rəhbərliyin dəyişməsi də uçuşların yenidən başlamasına mane ola bilər.

Xatırladaq, bir sıra ölkələrdə baş verən qəzalardan sonra Birləşmiş Ştatlarda “Boeing 737 MAX” təyyarələrinin uçuşları dayandırılıb.