Rusiyanın “Lada” şirkətinin istehsal edəcəyi yeni modelin ilk fotoları yayılıb.

“Ölkə.Az” xəbər verir ki, “LADA X-Flow” modelinin dizaynı “LADA” dizayn-studiyasının əməkdaşı İlya Razumova məxsusdur.

Layihənin kuratoru “AvtoVAZ” şirkətinin baş dizayneri Stiv Mattin və “LADA” dizayn-studiyasının rəhbəri Jülyen Druardır. Layihənin əsas məqsədi “LADA” üçün gələcəyin avtomobilinin konseptini hazırlamaqdır. Avtomobil əsasən Moskva və Sankt-Peterburq şəhərləri üçün nəzərdə tutulub.