Türkiyədə hərbi çevrilişə cəhddən 3 il ötür.

Modern.az  xəbər verir ki,  2016-cı ilin 15 iyulunda FETÖ terror təşkilatı hərbi çevrilişə cəhd edib.  Həmin gecədə qiyamçılar Ankara və İstanbul başda olmaqla, bir çox şəhərdə strateji obyektləri ələ keçirmiş, TRT kanalı vasitəsilə ölkədə hərbi çevriliş edildiyini elan etmişdilər.

F-16 qırıcı təyyarələri ilə parlament binası və bir çox mühüm binalar bombalanmışdı.

Prezident Rəcəb Tayyib Ərdoğan xalqa səsləndikdən sonra onminlərlə insan küçələrə çıxıb və silahlı terrorçulara qarşı mübarizə apararaq qiyamın qarşısını alıb.

Qiyamçıların sadə vətəndaşlara və polislərə yerdən və göydən atəş açması nəticəsində 248 nəfər ölüb, 1537 nəfər isə yaralanıb. Bundan başqa 24 çevrilişçi öldürülüb, 50-si isə yaralanıb.