Simvol Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com
Simvol Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com

AzEuroNews.com  ►  Almaniyada daha bir türk məscidinə hücum edilib. AzEuroNews.com xəbər verir ki, hadisə Köln şəhərində qeydə alınıb. Belə ki, Diyanət İşləri Türk İslam Birliyinə (DİTİB) aid Köln şəhərində yerləşən bir məscidə hücum edən şəxslər nəzir qutusunu qırıblar. Onlar daha sonra məscid rəhbərliyinin otağına girərək orda da axtarış aparıblar. 

Hadisə şahidlərinin sözlərinə görə, məscidə hücum edən şəxslər üç nəfər olub. 

Köln polisi məscidə hücum edənlərin tutulması üçün axtarışlara başlayıb.


Foto © arti49.com
Foto © arti49.com