AzEuroNews.com  ►  Türkiyədə bu ilin yanvar ayından axtarılan lotereyada 70 milyon (10,940,078.99 Avro) türk lirəsini qazanan biletin sahibi nəhayət tapılıb. AzEuroNews.com xəbər verir ki, ötən gün yas mərasimi üçün Avropa ölkələrinin birindən İstanbula gələn şəxs evdə qalan bileti tapıb. 

Bilet nömrəsini internetdə yoxlayan zaman 70 milyon lirə qazandığını öyrənən şəxs ilk təyyarə ilə Ankaraya gedib. 

Türkiyənin Milli Piyango İdarəsinə gedən şəxs pulu aldıqdan sonra Avropada yaşadığı ölkəyə qayıdıb. 

O, Milli Piyango İdarəsindən kimliyi və hansı ölkədə yaşadığı ilə bağlı məlumat verilməməsini xahiş edib.