AzEuroNews.com  ► Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyi təhsil vizası ilə bağlı qaydalara dəyişiklik edib. AzEuroNews.com xəbər verir ki, səfirliyin rəsmi internet saytında dərc edilən məlumatda deyilir ki, Almaniyaya oxumağa gedənlərin dondurulmuş bank hesabında 10.236 avro olmalıdır.

Səfirliyin digər şərtləri aşağıdakı kimidir:

„Tələbə“ hesab edilən ərizəçilər o şəxslərdir ki, ali məktəbə və ya tələbə hazırlıq kurslarına təhsil almaq üçün ərizə ilə müraciət ediblər və artıq universitetə qəbul olunduqları haqqında sənədə (Zulassungsbescheid) və ya universitetə təhsil almaq üçün namizədliklərini irəli sürdüklərini təsdiq edən sənədə malikdirlər. „Abituriyentlər“ isə, hər hansı bir alman ali məktəbində təhsil ilə maraqlananlar, lakin hələ ali məktəbdə və hazırlıq kurslarında təhsil almağa icazəsi olmayanlardır. Abituriyent vizası ən çox doqquz aylıq verilə bilər, bu viza xaricilərlə iş üzrə idarə tərəfindən yalnız o zaman uzadılır ki, Siz ali məktəbə qəbul olunduğunuz haqqında sənədi təqdim edə bilsəniz. Bu Məlumat vərəgəsi hazırlıq dil kurslarının iştitraçıları üçün də nəzərə tutulur.

Sənədlərə baxılma müddəti bir qayda olaraq 4-8 həftədən, Almaniya və ya Avropanın dövlət stipendiyasını alan tələbələr üçün 3-5 iş günündən ibarətdir.

Viza almaq üçün aşağıdakı sənədlər tələb olunur:

  • Xarici pasport, ən az 2 boş səhifəsi olmaqla (xarici pasportun şəkil olan səhifəsi vəəvvəlki
  • Şengen vizaları, möhürlər və qeydlər olan səhifələrin 2 ədədsurəti)
  • Şəxsiyyət vəsiqəsi (əsli + 2 ədədsurəti)
  • 2 ədəd alman dilində tam şəkildə doldurulmuş və şəxsən imzalanmış ərizə forması
  • 2 ədəd biometrik pasport şəkli (3,5×4,5; 6 aydan köhnə olmamalı)
  • Viza rüsumu (milli viza üçün müraciət etməyə dair ümumi məlumatlarabax)
  • Ali məktəbə qəbul olunma haqqında sənəd və ya alman ali məktəblərinə sənəd verməyinizi təsdiq edən sənəd (əsli yaxud pdf-formatı + 2 ədədsurəti)
  • Orta təhsil və peşə fəaliyyəti haqqında tərcümeyi-hal (2 ədədsurəti)
  • Orta və ya ali təhsili təsdiq edən sənədlər (diplom və diploma əlavə) (əsli + 2 ədədsurəti)
  • Ali təhsil üçün tələb olunan dil biliklərini təsdiq edən sertifikat (əsli + 2 ədədsurəti)
  • bəzi hallarda: ixtisaslaşmaya dair digər təsdiqlər (məs. iş yerindən arayış) (əsli + 2 ədədsurəti)
  • Təhsilinizə dair məlumatların qeyd olunduğu motivasiya məktubu (ixtisas sahəsi, region və s.)

(2 ədəd surəti)

  • Yetkinlik yaşına çatmayan ərizəçilər tərəfindən təqdim edilməlisənədlər:
    • Uşağın doğum haqqında şəhadətnaməsi (2 ədəd surəti və alman dilinə tərcüməsi və notariusda təsdiqiilə)
    • Hər iki valideyn/qəyyum tərəfindən uşağın Almaniyada yaşamağına dair razılığını bildirən və notarius tərəfindən təsdiq edilmiş razılıq sənədi (əsli +surəti)
  • Almaniyada təhsilinizin və yaşam xərclərinizin (birinci təhsil ili üçün) maliyyələşməsini sübut edən sənəd. Bu aşağıdakı kimidir:

– Almaniyadakı dondurulmuş bank hesabınızda 10.236,- avro olmasını və hər ay yalnız 853,- avro götürüləcəyini təsdiq edən sənəd ( 2 ədədsurəti).

və ya

  • „Almaniyada Yaşamaq haqqında Qanunun“ 66-68 §§-da qeyd olunmuş öhdəlik haqqında rəsmi bəyanatın əsli (6 aydan köhnə olmamaqla; öhdəlikdə səfərin məgsədi: təhsil göstərilməlidir və ödəmə qabiliyyəti sübut olunmalıdır) (əsli + 2 ədədsurəti)

və ya

  • Təhsil üçün hər hansı alman dövlət idarəsindən ən az 853,- avro məbləğində stipendiya alacağınızı bildirən sənəd (əsli + 2 ədədsurəti)

və ya

  • Istisna hallarda: Yaşam xərclərinin ödənilməsi valideynlərin məvacibi və maddi imkanlarının təsdiqi ilə sübut olunmalıdır (məvacib haqqında arayış, bank hesabından çıxarışlar). Bu təsdiq sənədlərinin tanınması haqqında qərar Səfirlik tərəfindən verilir. Bu sənədlərin tanınaraq qəbul edildiyi təqdirdə Almaniyaya daxil olarkən dərhal dondurulmuş bank hesabının açılması zəruridir.

və ya

  • Istisna hallarda: Yaşam xərclərinin xarici ölkədə yaşayan üçüncü tərəfin vasitəsilə dənilməsinin təsdiqi. Üçüncü tərəfin ödəmə qabiliyyətli olması məvacib və maddi imkanlarının təsdiqi ilə sübut olunmalıdır (məvacib haqqında arayış, bank hesabından çıxarışlar). Bu təsdiq sənədlərinin tanınması haqqında qərar Səfirlik tərəfindən verilir. Bu sənədlərin tanınaraq qəbul edildiyi təqdirdə Almaniyaya daxil olarkən dərhal dondurulmuş bank hesabının açılması zəruridir.

Viza rəsmiləşdirilməsi proseduru zamanı yaşamaq xərcləri üçün maliyyə vəsaitinin mövcud olması dondurulmuş bank hesabı vasitəsilə sübut edilir. Səfirlikdə hazirda olan məlumata görə Azərbaycan vətəndaşları üçün aşağıda adı sadalanan banklarda dondurulmuş bank hesabı açmaq imkanı vardır ki, bu da viza rəsmiləşdirilməsi prosedurunun şərtlərinə uyğun gəlir: Deutsche Bank, Fintiba, X-Patrio. Dünyada belə bir servisi təklif edən bankların siyahısını isə Siz Almaniyanın Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə edə bilərsiniz: https://www.auswaertiges- amt.de/de/sperrkonto/388600

Viza verilərkən əlavə olaraq təqdim olunmalıdır: 90 gün müddətinə tibbi sığorta haqqında sənəd (sığorta ödənişinin minimal məbləği 30.000 Avro və bütün Şengen dövlətləri üçün etibarlı olmalı) (əsli

+ 2 ədəd surəti)

Ünvan: ISR Plaza Nizami küçəsi 69 AZ 1005 Bakı Poçt: P.O. Box 28/29 AZ 1005 Bakı Telefon:00994-12-4654 127

Telefaks: 00994-12-4654 125

E-Mail: [email protected] İnternet: www.baku.diplo.de