Fransalı iş adamı, “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidenti Bernar Arno dünya milyarderləri siyahısında ikinci pilləyə yüksəlib.

“Ölkə.Az” xəbər verir ki, o, bununla “Microsoft” şirkətinin banisi, amerikalı iş adamı Bill Qeytsi üçüncü pilləyə salıb.

“Bloomberg Billionaires İndex” göstərir ki, Arnonun artıq 107.6 milyard dolları var. Qeytsin isə ondan 200 milyon dollar az pulu var.

Beləcə, amerikalı milyarder üçüncü yerdə qərarlaşıb. Bununla belə, siyahıda liderlik Ceff Bezosa məxsusdur. Onun 125 milyard dolları var.