İsveçrəli alimlər müəyyən ediblər ki, çay, spirtli və qazlı içkilər diş emalına ciddi ziyan vurur.

“Ölkə.Az” xəbər verir ki, Bern universitetinin tədqiqatçılarının fikrinə əsasən, qazlı içkilər, şirələr və nektarlardan daha çox, çiçəklərdən hazırlanan tünd-qırmızı çay dişlər üçün daha təhlükəlidir.

Bundan başqa, bəzi dərmanlar da diş emalına mənfi təsir edir. Bundan başqa, az kalorili qazlı içkilər də dişə mənfi təsir edir. Onların tərkibində yüksək miqdarda stabilizatorlar, limon və askorbin turşusu var.

Ekspertlər dişləri çəkilmiş pasientləri analiz ediblər. Məlum olub ki, iki dəqiqə ərzində müxtəlif içkilər diş emalına təsir ediblər. Tədqiqatın müəlliflərinin fikrinə əsasən, dişlərin sağlamlığını uşaqlıqdan qorumaq lazımdır.