Azərbaycanın Almaniyadakı Səfirliyi
Azərbaycanın Almaniyadakı Səfirliyi

AzEuroNews.com  ►  “Nə Almaniyanın Azərbaycandakı Səfirliyindən, nə də ölkəmizin Almaniyadakı Səfirliyindən bir cavab ala bilmişik.  Elə vaxt olub ki, günboyu bir saat ara ilə zəng vurmuşam. Səfirliklər telefon zənglərimizə cavab vermir“. Bunu AzEuroNews.com-a 25 ildir Almaniyada itkin düşən İlham Kərimovun qardaşı Azər Kərimov söyləyib. Onun sözlərinə görə, Almaniya Qırmızı Xaç Cəmiyyətinə müraciət etdikdən sonra sözügedən qurum qardaşının Almaniyadakı adresini soruşub: “Qardaşım  26 il bundan əvvəl, 93-cü ildə Almaniyaya işləməyə gedib. Almaniyada Vuppertal şəhərində yaşadığını bilirdik. 94-ün sonlarına kimi əlaqəmiz olub. Sonuncu dəfə yanından gələn Gəncə sakini ilə bizə şəkil göndərib. Ondan sonra qardaşımla əlaqəmiz tamamilə kəsilib. Artıq 25 ildir ondan xəbərimiz yoxdur. Bu vaxt ərzindən bir neçə dövlət qurumuna müraciət etsək də, müsbət hər hansı bir cavab almamışıq. Almaniya Qırmızı Xaç Cəmiyyətindən bizə bildirdilər ki, İlhamın Almaniyadakı adresini bilməsək, axtarışı çətin olacaq”.

Azər Kərimov

“Sizin vasitənizlə Azərbaycanın Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənova müraciət edirəm. Cənab səfir, xahiş edirəm mənə qardaşımı tapmaqda kömək edin. Qardaşım Almaniyada qanuni çalışıb. Güman edirik ki, o, Almaniyaya gələn kimi konsulluq qeydiyyatında düşüb. Belə olan halda onun harada yaşadığı ilə bağlı məlumatı tapıb, üzə çıxarmaq olar”– deyə A. Kərimov söyləyib. 

Ramin Həsənov
İlham Kərimovun ailəsinə göndərdiyi sonuncu fotosu
İlham Kərimov

Azər Kərimov qardaşı İlham Kərimovu görən və tanıyanlardan +994 50 599 05 00 və +994 55 614 44 43 nömrələrinə zəng və ya Whatsapp vasitəsi ilə məlumat vermələrini xahiş edir.