Qurban bayramının ilk günü Bakıda və Abşeron yarımadasında buludlu havaşəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  19-22° isti, gündüz  24-28° isti, Bakıda gecə  20-22° isti, gündüz  25-27° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi norma daxilində 760  mm  civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 12-də şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir.  Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz  26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz  16-21° isti olacağı gözlənilir.