AzEuroNews.com  ► Əfqanıstan, Banqladeş və Paskitandan olan qaçqınları daşıyan mikroavtobusun dərəyə uçması nəticəsində 14 nəfər ölüb, 28 nəfər yaralanıb. AzEuroNews.comxəbər verir ki, hadisə Türkiyənin Van şəhərində qeydə alınıb.

Qəza şəhər mərkəzindən 35 kilometr kənarda qeydə alınıb. Yoldan çıxan miroavtobus yol kənarındankı dərəyə uçub. Qəzadan sonra hadisə yerinə çoxlu sayda polis, təcili yardım və yanğınsöndürən maşınlar cəlb edilib. Yaralılar şəhərdəki xəstəxanaya çatdırılıblar. Ölən şəxslərin kimliyi ilə bağlı dəqiq açıqlama verilməsə də, onlarının çoxunun Pakistan, Banqladeş və Əfqanıstan vətəndaşları olduğu bildirilib.