Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud regionda təhlükəsizliyi təmin etmək məqsədi ilə ölkədə ABŞ hərbi kontingentinin yerləşdirilməsinə hazırdır.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının “SPA” agentliyinin məlumatında deyilir.

Məlumatda bildirilir: “Amerika qüvvələrinin krallığın ərazisində yerləşdirilməsi regionda təhlükəsizliyin və sabitliyin, eləcə də sülhün təminatında birgə əməkdaşlığın səviyyəsinin artırılması üçündür”.

Xatırladaq ki, ABŞ öz hərbçilərini Səudiyyə Ərəbistanından 2003-cü ildə çıxarıb.