İspaniya Kral Futbol Federasiyası (İKFF) fransız hücumçusu Antuan Qrizmannın Madrid “Atletiko”sundan Kataloniya klubuna transferi ilə bağlı “Barsolana”ya qarşı inzibati iş açıb.

Bu barədə İspaniyanın “As” nəşri yazır.

Xatırladaq ki, Qrizmann “Atletiko”dan “Barselona”ya cari ilin iyulunun 12-də 120 mln avroya keçib. Bir qədər sonra Madrid klubu “Barselona”nın fransız hücumçusu ilə 2018-ci ildən danışıqlar apardığını və bunun da nəticəsində Qrizmannın Madrid klubunun rəhbərliyi ilə dəbbə qiymətinin aşağı salınmağı ilə bağlı razılıq əldə etdiyini bildirib. Daha sonra isə “Atletiko”  futbolçu ilə Kataloniya klubu arasında danışıqlar aparıldığını göstərən dəlillərə malik olduğunu qeyd edib.

Madrid klubunun “Barselona”dan 80 mln avro tələb edəcəyi bildirilir.  Bu məbləğ hücumçuya görə ilkin dəbbə qiymətinə daxil idi.