Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  ► Bu gün Avropada yaşayan bir qrup soydaşımızın təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Almaniyanın Bonn şəhərində yerləşən nümayəndəliyi qarşısında Qarabağ aksiyası keçiriləcək. AzEuroNews.com-un facebook səhifəsində (https://www.facebook.com/azeuronews/) canlı yayımlanacaq aksiya yerli vaxtla saat 13.00 -dan 15.00-dək davam edəcək. Aksiyanın təşkilatçıları əsasən Avropada yaşayan ağdamlılardı. Onlar bütün soydaşlarımızı, Qarabağsevərləri aksiyada fəal iştiraka dəvət ediblər. 

Məlumat üçün qeyd edək ki, aksiya “Platz der Vereinten Nationen 1, 53113 Bonn” ünvanında baş tutacaq.